
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni prezidenti müəyyənləşib.
Gürcüstanın Batumi şəhərində keçirilən konqresin iclasında təşkilatın rəhbəri rusiyalı iqtisadçı Arkadi Dvorkoviç seçilib.
Səsvermə zamanı Dvorkoviçin lehinə 103 səs, FİDE-nin vitse-prezidenti Georgios Makropulosun lehinə 78 səs verilib, daha bir səs isə etibarsız sayılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub.
Britaniyalı Naycel Şort isə səsverməyə bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.
.