Bakı Beynəlxalq Hava Limanında “Opel Astra” markalı maşın qəfildən alovlanmağa başlayıb. 

Hazırda yanan avtomobil hava limanının qarşısındakı parkinqdədir. 

Ətrafdakılar alovlanan maşına müdaxilə etsələr də, nəqliyyat vasitəsini söndürməyə müvəffəq ola bilməyiblər. Yanğın digər maşınlara da zərər vurub. Belə ki, yaxınlıqda olan “Mercedes-Benz”, “Hyundai” və “Mazda” markalı maşınlar zərər görüb. 

Avtomobilin hansı səbəbdən alışdığı isə hələ ki, bəlli deyil.

 

.