Beynəlxalq Ədalət Məhkəməsi Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların “ağlabatan səviyyədə sübuta yetirildiyi” qərarını verib.

Məhkəmə İsraildən Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməsini istəyib.

Bununla belə, məhkəmə İsrailə atəşkəs göstərişi verməyib.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Qəzzada müharibə aparmasına görə, İsrailə qarşı qaldırdığı “soyqırımı” iddiasına baxmağa başlayıb.

İş üzrə İsrail Holokostdan sonra qəbul edilmiş 1948-ci il Soyqırımı Konvensiyasını pozmaqda ittiham edilir.

.