Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Valeri Gerasimovun həbsi ilə bağlı order verib.
=Məhkəmə keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Valeri Gerasimovu hərbi cinayətlərdə, insanlığa qarşı cinayətdə və qeyri-insani hərəkətlərdə ittiham edir.
Məhkəmənin bəyanatında deyilir ki, hakimlərdə bu şəxslərin “Rusiya silahlı qüvvələri tərəfindən 2022-ci il oktyabrın 10-dan 9 mart 2023-cü ilə qədər Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələrinə” görə məsuliyyət daşımaları ilə bağlı ciddi əsaslar var.
"Bu müddət ərzində Rusiya silahlı qüvvələri tərəfindən Ukraynanın müxtəlif yerlərində çoxsaylı elektrik stansiyaları və yarımstansiyalarına zərbələr endirilib", - Məhkəmə bildirib.
Xatırladaq ki, keçən il Məhkəmə həmçinin, Rusiya Prezidenti Vladimir Putini Ukraynadan uşaqların oğurlanmasına görə məsuliyyətdə ittiham edərək, onun barəsində həbs orderi vermişdi
.