Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və reabilitasiyası prosesində fəal iştirak etməlidir.

Bunu "SouthFive Strategies" Amerika-İsrail təşkilatının prezidenti Ceyson Epşteyn deyib.

C.Epşteyn qeyd edib ki, ümumiyyətlə, azad edilmiş torpaqların bərpası və reabilitasiyası çox vacibdir. Artıq koronavirusun (COVİD-19) geri çəkilməyə başladığı üçün bu məsələlərdə irəliləmək üçün imkan var.

O həmçinin Bakıya səfəri zamanı gördüyü məcburi köçkünlərin yaxın zamanda evlərinə qayıda biləcəklərinə ümid etdiyini bildirib.

.