Azərbaycan Beynəlxalq Bankına (ABB) yeni sədr təyin olunması xəbəri yayılandan sonra bir çox KİV-lərdə bunu təkzib edən digər məlumat verildi.
Bankın mətbuat xidmətinə istinadən yayılan məlumatlarda bildirilirdi ki, yeni sədrin seçilməsi ilə bağlı hələlik heç bir iclas keçirilməyib. Bank yayılan məlumatların "doğru olmadığını, hələ heç bir iclasın keçirilmədiyini, yeni təyinatla bağlı mətbuata məlumat verilmədiyini, təyinat olan zaman açıqlama veriləcəyini bildirib”.
Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirib. ABB-dəki mənbələrdən bildirilib ki, Fərid Axundovun banka sədr təyin olunması barədəki məlumatlar doğrudur.
"Bu gün günün sonuna qədər iclas keçirilməli və sözügedən təyinat rəsmiləşməlidir" - deyə ABB-dəki mənbə bildirib.
***
Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub.
Bu barədə "Qafqazinfo"ya məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, "PaşaBank"ın sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.
Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.
Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.
03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.
07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin Direktoru vəzifəsində çalışıb.
30.06.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
"Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "PaşaBank"ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.
.