Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Belarusdan ölkəyə ekstradisiya edilib.

Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Əlzamin Mustafayev Belarus ərazisində saxlanılaraq noyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

.