Koronavirusa yoluxan Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və həyat yoldaşı Əsma Əsəd sağalıblar.

“RİA Novosti” xəbər verir ki, məlumatı B.Əsədin mətbuat xidməti yayıb.

Bildirilib ki, B.Əsəd və həyat yoldaşının COVID-19-la bağlı qan analizlərinin nəticəsi mənfi olub. Ona görə də onlar kanartin rejimindən çıxıblar.

Qeyd edək ki, B.Əsəd və həyat yoldaşının virusa yoluxması xəbəri martın 8-də yayılmışdı.

.