Suriya prezidenti Bəşər Əsəd Astana görüşü ilə bağlı fikirlərini bölüşüb.


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əsəd sülh danışıqları zamanı bütün məsələləri müzakirə etməyə hazır olduqlarını deyib.


Əsəd danışıqlarda iştirak edəcək tərəflərin tam dəqiqləşmədiyini əlavə edib: "Danışıqlar zamanı ölkə konstitusiyasına dəyişiklərlə bağlı referendumun keçirilməsi təklifinin müzakirəsi istisna deyil. Bildirmək istəyirəm ki, konstitusiya nə hökumətə, nə prezidentə, nə də müxaliflərə məxsusdur. Konstitusiya Suriya xalqınındır".


Bəşər Əsəd bəzi saytlarda yayımlanan Suriya ordusunun tam qələbəsi ilə bağlı xəbərlərə də münasibət bildirib. O deyib ki, qələbə bütün terrorçuların məhv edilməsindən sonra qazanılacaq.  


Hələbin bombalanması və nəticədə xeyli dinc sakinin həlak olması barədə suala cavab verən Suriya prezidenti deyib: "Xalqın azadlığının qiyməti budur".


Suriya prezidenti ölkədə yaşanan su böhranı ilə bağlı açıqlama verib. O bildirib ki, su qaynaqlarının çox hissəsi terrorçuların nəzarətindədir və Suriya ordusu bu bölgələrin azad edilməsi üçün əməliyyatları davam etdirir.

Yenizaman.az
.