Qalmaqallı müstəqillik referendum keçirən Şimali İraq kürd muxtariyyəti nəticələrin ləğvi barədə tələblərə baxmayaraq, geri çəkilmək niyyətində deyil.
"Röyters” agentliyi xəbər verir ki, muxtariyyət noyabrın 1-də prezident seçkilərini keçirmək niyyətindərir.
Bu haqda "Rudav” telekanalına danışan kürd muxtariyyətinin ədliyyə ali komissarı Hendren Məhəmməd bildirib.
"Biz parlament və prezident seçkiləri üçün bütün hazırlıqları tamamladıq. Bu gün etibarilə bir iş təqvimi hazırladıq”, - o deyib.
.
