Berlində avtomobili izdihamın üstünə sürən 29 yaşlı şəxsdir və o, hadisə yerində saxlanılıb.

BBC xəbər verir ki, bu barədə polisin sözçüsü Thilo Cablitz jurnalistlərə bildirib.

O deyib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb, onların arasında ağır xəsarət alanlar var.

Əlavə edilib ki, saxlanılan şəxsin ikili - Almaniya və Ermənistan vətəndaşlığı var. Hadisəni törədən şəxs Berlində yaşayır.

***

Berlində sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və xəsarət alanlar var.

"rbb 24"'  xəbər verir ki, avtomobilin Berlin-Çarlottenburqda böyük mağazanın qarşısında izdihamın üzərinə sürülməsi nəticəsində ən azı 10 nəfər xəsarət alıb.

Bildirilib ki, sürücü artıq polis tərəfindən saxlanılıb.

"Bild"in verdiyi məlumata görə isə, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

.