“Azərbaycan xalqına qarşı növbəti cinayət törədilib. Bu cinayətin məsuliyyəti birbaşa Ermənistana aiddir. Bu hadisənin törədilməsi Azərbaycanın döyüş meydanındakı uğurları ilə bağlıdır. Ölkəmiz döyüş meydanında irəlilədikcə, zərbələr endirildikcə, Ermənistanın siyasi rəhbərliyi bu kimi göstərişlər verir”.

Baş prokuror Kamran Əliyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb:

“Hazırda istintaq qrupu işləyir. Baş verən hadisə ilə bağlı materiallar toplanaraq, beynəlxalq qurumlara müraciət ediləcək. Bərdəyə edilən iki hücum nəticəsində ölənlər içərisində günahsız qadınlar və uşaqlar var. Belə hadisələr Azərbaycan xalqını möhkəmləndirir və mətin edir”.

“Ermənistanın rəhbərliyinin bundan sonra hansı haqqı var ki, hakimiyyətdə olsun? Əminəm ki, gec-tez bu məsələ öz həllini tapacaq”, - deyə K.Əliyev qeyd edib.

.