Bərdədə silahlı insident olub, yaralanan var.

Hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, insident bu gün axşam saatlarında Bərdə şəhəri, "26-lar" adlanan ünvanda qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

.