Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb.

Hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb.

Qardaşların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.

Cinayəti törədən şəxslər saxlanılıb

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.
 

.