Bərdədə yol polisi əməkdaşı arvadını bıçaqlayıb.
Rayonun Əliyanlı kəndində 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Şükürov qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Anjela Şükürovaya bıçaqla xəsarət yetirib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Bərdə rayonu Əliyanlı kənd sakini Sevindik Məmmədovun həyat yoldaşını bıçaqlamasının təfərrüatı məlum olub.
Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, S.Məmmədovun hadisəni törətməsinin səbəbi ailə münaqişəsidir. S.Məmmədovun həyat yoldaşı Anjela Şükürova Bakı sakinidir. Onlar ailə qurandan sonra qadın yoldaşı ilə birlikdə kənddə yaşayıb, iki uşaqları var.
Sakinlər deyir ki, onlar S.Məmmədovun valideynləri ilə birlikdə yaşayır. Tez-tez ailədə münaqişə olurdu.
Bəzi iddialara görə, S.Məmmədovun başqa bir qadınla münasibəti olub, bu səbəbdən yoldaşı ilə yola getmirmiş. Hadisə baş verəndə isə onun içkili olduğu güman edilir.
İddialar arasında A.Şükürovanın başqa bir şəxslə münasibətinin olması fikirləri də var.
Hazırda Bərdə Mərkəzi Rayon Məxsətxanasında reanimasiya şöbəsində yatan A. Şükürovanın vəziyyətinin ağır olduğu deyilir. Xəstəxanadan Publika.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdü A.Şükürova ötən gün axşam 18:05 radələrində çoxsaylı yaralanma ilə şöbəyə yerləşdirilib. Onun döş qəfəsinin sol nahiyəsindən qarın boşluğuna keçən 6 kəsilmiş-deşilmiş yara olub. Həmçinin süd vəzi, boyun nayihəsi və sol çiynində də kəsilmiş yaralar olub. Bir neçə saat davam edən ağır əməliyyatdan sonra qadının həyatı xilas edilib. Xəstəxanadan bildirilib ki, qadının vəziyyəti orta ağır dəyərləndirilir. Bu gün səhər saatlarında müəyyən qədər özünə gəlib, polis artıq ifadəsini alıb.
Qeyd edək ki, Bərdə rayonu Əliyanlı kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov ötən gün həyat yoldaşına bıçaqla xəsarət yetirib. S. Məmmədov Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşıdır.
Baş Dövlət Yol Polisi İdarəsi dünən Bərdə rayonunda yol polisi əməkdaşının öz arvadını bıçaqlaması barədə yayılan xəbərə münasibət bildirib.
İdarənin şöbə rəisi Kamran Əliyev deyib ki, Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru Sevindik Şəmşir oğlu Məmmədovun həyat yoldaşını bıçaqlaması barədə məlumat araşdırılıb: "Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”. (report)
.