Ötən gün Bərdə rayonunda kütləvi dava olub.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə Şorəlli kəndində baş verib.

Bərdə rayonunda baş verən kütləvi davada yaralanan şəxslərin kimliyi məlum olub.

Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib. Üç nəfər isə yaralanıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

İlkin ehtimala görə, dava tərəflər arasında yaranmış mübahisə zəminində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə Oxu.Az-a açıqlamasında bildirib ki, üç nəfər yaralanıb:

“Onların vəziyyətləri ağır qiymətləndirilir. Yaralılar Şəmkir rayon sakinləri - 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğludur”.

Hazırda cinayəti törədən şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində Bərdə Rayon Prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparır.

.