Bərdə rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə noyabrın 15-də saat 18 radələrində Bərdə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini Fərid Xanlarzadə idarə etdiyi "VAZ-21013” markalı avtomobillə yolu keçən şəhər sakini Zərniyar Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
.