Bakının Xətai rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.
Hadisə Babək prospektində baş verib.
1961-ci il təvəllüdlü Əliyev Abbas İsmayıl oğlu tanışı tərəfindən küçədə bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.
.
