Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan bildirilib ki, cnayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bərdədə 33 yaşlı kişi həyat yoldaşını bıçaqlayıb.

Hadisə Bərdə şəhər uşaq xəstəxanasının qarşısında baş verib. Rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayeva ilə mübahisə edib. Mübahisə zamanı T.Mustafayev həyat yoldaşının başına bıçaqla xəsarət yetirib. Nəticədə qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı Bərdə Rayon Praktorluğunda cinayət işi açılıb araşdırma aparılır.

.