Bərdə rayonunda yerli sakin bıçaqlanıb.

"Report"un verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən "Təzə Bazar"da baş verib.

Belə ki, rayonun Həsənqaya kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Məmmədov mübahisə zəminində həmyerlisi, 1987-ci il təvəllüdlü Rüfət Həsənova bir neçə bıçaq zərbəsi endirib. Boğazından və bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
.