İran hazırda Rusiyadakı səfir vəzifəsinə namizədi nəzərdən keçirir.
Yenizaman İran mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib.
"Digər ölkələr, o cümlədən İtaliya və Rusiyadakı səfir postuna namizədlərin seçilməsi prosesi davam edir", - o qeyd edib.
Hazırda İranın Rusiyadakı səfiri Kazem Cəlalidir.
.
