Pakistanın şimal-şərq əyaləti sayılan Pəncabda benzin daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Yerli mətbuat xəbər verir ki, ölənlərdən ən azı 10 nəfəri məktəblidir. Daha 20 nəfər isə ağır xəsarət alıb.

Benzinlə dolu yük maşını başqa bir avtomobillə toqquşub və güclü partlayış olub.

Alov partlayış zamanı yaxında dayanan məktəbli avtobusunu da əhatə edib.
.