Madridin “Real” klubunun hücumçusu Kərim Benzema portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun rekordunu üstələyib.

Gazeta.ru xəbər verir ki, fransalı hücumçu Zinəddin Zidanın “Real”a rəhbərlik etdiyi dövrdə bu klubda ən çox fərqlənməyi bacarmış futbolçu olub.

Belə ki, “Real”ın İspaniya çempionatının növbəti turu çərçivəsində “Eibar” üzərində (3:1) qələbə qazandığı qarşılaşmada K.Benzema  29-cu dəfə rəqib qapısına yol tapıb.  

Ronaldu Zidanın rəhbərliyi altında “Real”ın heyətində 28 dəfə fərqlənə bilib.

Qeyd edək ki, son oyundan sonra Madrid təmsilçisi 29 xal yığaraq, İspaniya çempionatının yarış cədvəlində ikinci yerdə qərarlaşıb.

.