İran parlamenti yollar və şəhərsalma naziri Fərzanə Sadiqə qarşı impiçment proseduruna başlayıb.

Bu barədə İran parlamentinin Təkmilləşdirmə Komitəsinin üzvü Məhəmməd Mənan Rəisi “Tasnim” agentliyinə bildirib.

“İndiyədək yol və şəhərsalma nazirinin impiçmenti üçün parlament sistemində 40-dan çox imza qeydə alınıb və təbii ki, son məlumatlara əsasən, müraciət edən nümayəndələrin sayı artır”, - o qeyd edib.

Onun sözlərinə görə, impiçmentin əsas səbəbləri arasında liman idarəçiliyində səhlənkarlıq, səhv hesablamalar, passivlik və daşınmaz əmlak bazarının tənzimlənməsi ilə bağlı problemlər və s. var.

Qeyd edək ki, aprelin 26-da İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumata əsasən, partlayış nəticəsində 70 nəfər ölüb, 1000-dən çox yaralı var.

.