![](/uploads/img/posts/2024/01/25/65b21219cc10565b21219cc106170616885765b21219cc10365b21219cc104jpeg-1706169216.jpeg)
Rusiyanın Belqorod vilayətində vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki qara qutusu aşkar edilib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hər iki qara qutunun texniki vəziyyəti yaxşıdır.
"Hər iki qara qutu - uçuş parametrlərini qeyd edən cihaz və səs yazıcısı aşkar edilib. Tapılan qara qutular müstəntiqlərə təhvil verilib", - deyə FHN-dən bildirilib.
Qeyd edək ki, bu gün Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi Ukraynanın Xarkov vilayətindən atılan raketlə vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfə olub. Onların hamısının həlak olduğu bildirilib.
.