"Biz istәrdik ki, Dağlıq Qarabağ münaqişәsi ilә bağlı iki qonşu ölkə arasındakı problem Minsk Qrupunun fәaliyyәti çәrçivәsindә hәll olunsun”.
APA-nın mәlumatına görә, bu sözlәri Belçika baş nazirinin müavini, xarici işlәr naziri Didye Reynders Bakıda Azәrbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib. O bildirib ki, Belçika bu istiqamətdə әlindәn gәlәni etmәyә hazırdır: "Biz ümid edirik ki, bütün tәrәflәrin razılığı ilә öz müqәddәratını tәyinetmә mәsәlәsi hәllini tapacaq. Eyni zamanda, insanlar arasında təmaslar qurulması da hәll olunmalıdır”.

.