Belçika hakimiyyəti bir sıra məscidlərin bağlanması imkanını nəzərdən keçirir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Belçikanın Baş naziri Şarl Mişel deyib.
Onun sözlərinə görə, məscidlərin bağlanmasında məqsəd radikal vaizlərin gənclərə təsir etməsinin qarşısını almaqdır: "Brüsselin bəzi rayonlarında Parisdəki terror aktlarının hazırlığı aparılıb. Terrorçu intiharçılardan ikisi Brüsselin mərkəzi kommunasında yaşayıb".

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində 129 nəfər həlak olub.
.