Yerli vaxtla saat 18:00-a olan məlumata görə, Belarusda prezident seçkilərində seçici iştirakı 79.01 % təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Belarus-1” telekanalının efirində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

"Seçkilər günü özünün məntiqi sonluğuna yaxınlaşır. Saat 18:00-da seçkilərdə artıq 79% seçici iştirak etdi. Əlbəttə, bu 18 saatda çox böyük rəqəmdir. Çox vilayətlər artıq 80% sərhədi keçdi - faktiki olaraq, bütün vilayətlər, Minskdən və Minsk şəhərindən başqa", - Yermoşina bildirib.

.