Litvanın "Lavorişkes" buraxılış məntəqəsində Belarus və Litvanın sərhəd xidməti rəhbərlərinin müavinləri səviyyəsində işçi görüş keçirilib.
Bu barədə Belarus KİV-ləri məlumat yayıb.
Bildirilib ki, tərəflər Belarus-Litva sərhəd sahəsində (Belarus tərəfindən - "Kotlovka") yaranan vəziyyəti, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizə yollarını və buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıqla mübarizəni müzakirə ediblər.
.
