Belarusdan Avropa İttifaqına (Aİ) keçməyə çalışan təxminən 1 680 yük maşını növbə gözləyir.
Yenizaman bu barədə Belarus KİV-ə istinadən xəbər verir.
Dövlət Sərhəd Komitəsinin məlumatına görə, Litva istiqamətində “Kamennıy Loq” keçid məntəqəsində 550, Benyakonidə isə 630 yük maşını var.
Bildirilib ki, “Qriqorovşina” keçid məntəqəsində Latviyaya getmək üçün növbə yaranıb – sərhədi keçmək üçün 560 yük maşını gözləyir.
Belarus-Polşa sərhədində yük maşınlarının növbəsi yoxdur, lakin “Brest” keçid məntəqəsində az sayda minik avtomobili var - təxminən 65 minik avtomobili, 40 avtobus isə orada icazə gözləyir.
Qeyd edək ki, Belarusla qonşu olan Aİ ölkələri - Polşa, Litva və Latviya münasibətlərin pisləşməsi fonunda tədricən öz sərhədlərindəki keçid məntəqələrini bağlamağa başlayıb. Nəticədə Belarusun və üç qonşu Aİ ölkəsinin dövlət sərhədində 14 keçid məntəqəsindən yalnız 5-i fəaliyyət göstərir.
.