Rusiya Prezidenti Vladimir Putin görülən işlərə görə Belarus lideri Aleksandr Lukaşenkoya təşəkkür edib.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Belarus prezidenti Rusiya prezidentinə “Vaqner”in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı məlumat verib. Rusiya prezidenti belaruslu həmkarını dəstəkləyib və görülən işlərə görə təşəkkür edib”, - deyə məlumatda qeyd olunub.

.