Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekin və Minsk arasındakı münasibətlərin tarixi zirvədə olduğuna inanır.
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinə yaxın olan "Pool Pervyi" “Telegram” kanalı məlumat yayıb.
"Hazırkı Çin-Belarus münasibətləri tarixi zirvədədir", - Çin lideri bildirib.
Çində işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko da münasibətlərin belə müsbət qiymətləndirilməsindən məmnun olduğunu bildirib.
"Bu, bizim də sizinlə danışdığımız məsələdir. Bəlkə də Belarus ilə Çin Xalq Respublikası arasında bu qlobal əməkdaşlıq ərəfəsində müəyyən mənada arzuladığımız şey də bu idi", - Lukaşenko deyib.
.
