Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana işgüzar səfəri çərçivəsində Gəncəyə gedib.

Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyətininin Gəncə beynəlxalq hava limanında qarşılanma mərasimi olub.

Daha sonra nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olub. Belarus baş naziri mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə tanış olub. Baş nazir Roman Qolovçenko həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül qoyub.

Qonaqlara Ermənistanın hərbi cinayətləri barədə məlumat verilib.

Bildirilib ki, Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.

Belarus nümayəndə heyətinin Gəncə Avtomobil Zavodu ilə tanışlığı nəzərdə tutulub. Burada əməkdaşlıq memorandumu imzalanacağı gözlənilir.

.