Bəhreyn vətəndaşlarının İran və İraqa səfər etməsini növbəti xəbərdarlığa qədər qadağan edib.
APA xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qərara səbəb kimi, “davam edən gərgin təhlükəsizlik vəziyyəti” göstərilib.
Qeyd edək ki, İran ABŞ-la müharibə dövründə Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirib. Bəhreyn bunu suverenliyinin pozulması və təcavüz kimi qiymətləndirir.
.
