"Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox yaxşı əlaqələri var”.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə naziri Ənvər Qarqaş deyib.

O bildirib ki, BƏƏ Azərbaycandakı inkişafı müsbət qiymətləndirir: "Azərbaycan müasir müsəlman ölkəsidir. BƏƏ də bu dəyərləri bölüşür. İkitərəfli əlaqələrə gəldikdə isə biz Azərbaycanı gələcəyə inamla baxan inkişaf edən ölkə kimi görürük. BƏƏ-dən Azərbaycana turizm, biznes və digər sahələr üzrə xeyli səfərlər həyata keçirilir. Düşünürəm ki, bütün təəssüratlar müsbətdir".

.