Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan,BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid əl Məktum və Abu Dabinin vəliəhdi, silahlı qüvvələr baş komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl Nəhyan da bü mümasibətlər Azərbaycan Prezidentini təbrik edib.


Yenizaman.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin”.




.