Birləşmiş Ərəb Əmirliklərinin ərəb dilli mətbuat orqanı olan Əl-Fəcr qəzetinin 11 aprel tarixli buraxılışında "Milyonlarla Azərbaycanlı bu gün seçki qutularına üz tutur. Səkkiz namizəd prezidentlik postu uğrunda mübarizə aparır. İlham Əliyev qələbəyə daha çox şanslıdır.” başlıqlı məqalə dərc edilmişdir. Qəzetin bütöv səhifəsində yerləşdirilmiş məqalədə 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçirilən növbədənklənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıda səfər olan qəzetin baş redaktoru Şərif Bassel seçkilərə hazırlıq prosesi, namizədlər barədə geniş məlumat vermişdir. Məqalədə müəllif daxili və xarici siyasət sahəsində mühüm nailiyyətlər əldə etmiş, bütün sahələrdə aparılmış islahatlar nəticəsində Azərbaycanı regionda lider ölkələr sırasına çıxarmış hakim partiyanın namizədi cənab İlham Əliyevin qələbəyə daha şanslı namizəd olduğunu bildirmişdir. Baş redaktor seçiləcəyi təqdirdə növbəti müddət ərzində ölkəni daha da böyük inkişafa və uğurlu gələcəyə aparacağına inanan Azərbaycan xalqının İlham Əliyevə tam etimad etdiyini vurğulamışdır.
