Əbu-Dabidəki "Borouge" neft-kimya zavodu, vurulan hava hədəflərindən düşən qalıqlar nəticəsində baş verən bir neçə yanğın səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bu barədə BƏƏ paytaxtının hakimiyyət orqanları məlumat verib.

"Əbu-Dabinin müvafiq hakimiyyət orqanları hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilən hədəflərdən dağıntıların düşməsi nəticəsində "Borouge" neft-kimya zavodunda baş verən bir neçə yanğını söndürür", - deyə açıqlamada bildirilib.

Məlumata görə, hazırda itki yoxdur və obyektdə dəyən ziyanın qiymətləndirilməsi aparılır.

.