Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında 2016-cı ilin fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib. Bu haqda yenizaman.az-a BDU-dan məlumat verilib.

Bildirilib ki, müzakirələr zamanı çıxış edən alimlər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bütün qu­rumların daha da səmərəli işləmə­si, təşəbbüskarlığı, insanlar üçün bütün şəraiti yaratması haqda olan tapşırıqlarını əsas götürüblər.
Sonda Elmi Şura üzvləri alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul ediblər.
.