Beynəlxalq Cinayət Məhkəməsinin apellyasiya şöbəsi İsrailin Qəzzadakı hərbi əməliyyatlarla bağlı arqumentlərinə qarşı hökm çıxarıb.
“Middle East Eye”in xəbərinə görə, apellyasiya şöbəsi BCM-in İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barədə həbs qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, İsrail dəfələrlə BCM-nin apellyasiya şöbəsinə müraciət edərək, araşdırmaların nəticələrinin etibarsız olduğunu iddia edib və məhkəmənin Baş prokuroru Kərim Xanı qərəzli olmaqda ittiham edib.
.
