Türkiyənin Konya vilayətinin Akşehir mahalında yerləşən qapalı bazarın damı çöküb.

Publika.az xəbər verir ki, hadisəyə səbəb damın qarın ağırlığına dözməməsi olub.
İndiyə kimi dağıntıların altından 4 nəfər ağır yaralı çıxarılıb. 

Hazırda xilasetmə işləri davam edir. Hadisə yerinə vilayət mərkəzindən xeyli sayda xilasedici və təcili tibbi yardım qrupu cəlb edilib.

Yenizaman.az
.