ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri tezliklə Çinə səfər edə bilər.
Bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib.
“Düşünürəm ki, Con Kerri çox yaxında oraya gedəcək”,-deyə, o bildirib.
Qeyd edək ki, Amerika lideri hazırda Kaliforniyadadır və burada seçki kampaniyası üçün vəsait toplamaq üçün görüşlərdə iştirak edir.
İyunun 20-də onlardan birində o, xüsusilə Çin prezidenti Si Cinpinin Vaşinqtonla münasibətləri bərpa etməkdə maraqlı olduğu fikrini bildirib.
.
