ABŞ prezidenti Co Bayden mart ayında San Dieqoda keçirilən son görüşdən sonra Britaniyanın baş naziri Rişi Sunak ilə danışıqların yeni "raundunu" təyin edib.

Tərəflər digər qlobal məsələlərlə yanaşı, Ukrayna mövzusuna da müzakirə edəcək.
Daily Mail-in məlumatına görə, siyasətçilər aprelin 11-də Şimali İrlandiyada, Belfastda yenidən görüşməyə razılaşıblar.
Baydenin səfəri 1998-ci ildə Şimali İrlandiyada müharibəni nizamlayan siyasi sənəd olan Belfast sazişinin imzalanmasının 25-ci ildönümünə təsadüf edəcək.

Sunakın çərşənbə axşamı axşam ABŞ prezidenti ilə şəxsən görüşəcəyi gözlənilir. Bayden Air Force One ilə Belfasta uçacaq.
 

.