ABŞ prezidenti Co Baydenin COVID-19 pandemiyasının sona çatması ilə bağlı açıqlaması Ağ Evin səhiyyə rəsmilərini təəccübləndirib.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Baydenin CBS telekanalına verdiyi müsahibədə ABŞ-da COVID-19 pandemiyasının bitməsi ilə bağlı çıxışı bəzi səhiyyə işçilərini təəccübləndirib.

Həmçinin, Amerika prezidentinin administrasiyasının iki rəsmisi müsahibə çərçivəsində bu bəyanatın nəzərdə tutulmadığını qeyd ediblər.

Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, son 28 gündə ABŞ-da iki milyondan çox koronavirusa yoluxma faktı aşkarlanıb, 12 mindən çox insan ölüb.

.