![](/uploads/img/posts/2025/02/08/67a6a9462783267a6a94627833173897555867a6a9462783067a6a94627831jpg-1738991579.jpg)
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.
Bu barədə o, “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
"Co Baydenin məxfi məlumatlara çıxış əldə etməyə davam etməsinə ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin təhlükəsizlik icazəsini ləğv edirik və onun gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq", - Tramp bildirib.
.