ABŞ-ın keçmiş prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın NATO-ya üzv olmayacağını deyib.
Zelenski bu barədə Avropa İttifaqı Şurasındakı çıxışında danışıb.
“Sabiq ABŞ prezidenti Co Baydenlə ilk dialoqumda ondan Ukraynanın NATO-ya qoşulub qoşula bilməyəcəyini soruşdum. Çünki, biz bunu istəyirik və başa düşürük ki, bunlar real təhlükəsizlik zəmanətləridir. Prezident Bayden mənə “Yox, siz NATO-da olmayacaqsınız” cavabını verdi. Mən bu məsələni dəfələrlə qaldırmışam və Ağ Evdə bəzi insanlar mənə gülümsəyiblər və başqa cür reaksiya veriblər. Onlar mənim möhkəm adam olduğumu deyirdilər. Bilmirəm niyə”, - Zelenski qeyd edib.
.
