ABŞ Prezidenti Co Bayden Hanoyda gecə saatlarında keçirdiyi mətbuat konfransında danışarkən yatmağa getdiyini söyləyib və qısa müddət sonra görüş başa çatıb.

“Sizə belə deyəcəyəm. Sizi bilmirəm, amma mən yatmağa gedirəm”, - deyə dövlət başçısı bəyan edib.

Bundan sonra zaldan jurnalistlərin sualları səslənsə də, onların sözü kəsilib və mətbuat konfransının yekunlaşdığı bildirilib.
 

.