ABŞ prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinin arasında virtual sammitin keçirilməsi noyabrın 15-nə planlaşdırılıb.

Bu barədə ABŞ adminsitrasiyasındakı mənbəyə istinadən "Politico" xəbər verib.

Mənbənin sözlərinə görə, sammit noyabrın 15-i Vaşinqton vaxtı ilə axşam saatlarında keçiriləcək.

Xatırladaq ki, daha əvvəl C.Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyini tərəflər təsdiqləyib. Lakin sammitin keçiriləcəyi tarix barədə rəsmi açıqlama verilməyib.

.