ABŞ prezidenti Co Bayden Ukrayna müharibəsi və ABŞ-ın müttəfiqləri ilə bağlı çox həssas informasiyaların mətbuata sızdırılmasına münasibət bildirib.
AFP xəbər verir ki, bu barədə İrlandiyada səfərdə olan Prezident Bayden jurnalistlərə deyib.
"Bunun baş verməsindən narahatam" - deyən ABŞ Prezidenti əlavə edib ki, hərtərəfli araşdırma gedir.
"Biz bəzi nəticələrə gəlməyə yaxınlaşırıq", - Bayden vurğulayıb.
Xatırladaq ki, son günlərdə Ukraynadakı müharibə və onun detalları ilə bağlı çox vacib kəşfiyyat sənədləri mətbuata sızdırılıb.
.
