Bayden Rusiyaya qarşı bəzi sanksiyaları bir il müddətinə uzadıb.

Bu barədə Ağ Evin yaydığı sənəd də qeyd olunub.

Bildirilib ki, Rusiya Federasiyası ABŞ-a qarşı zərərli fəaliyyətlə məşğul oldur.

Həmçinin qeyd olunub ki, Moskva ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının azad və ədalətli demokratik seçkilər keçirməsinə mane olur.

Bununla yanaşı sənəddə, Rusiyanın dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini pozduğu qeyd olunub.

.